Medianews.az
Xamenei Moskvaya qaça bilər? -
798 baxış

Xamenei Moskvaya qaça bilər? - Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı nədən xəbər verir?

ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad edərək İranın ali rəhbəri Əli Xameneinin Moskvaya qaçacağı ilə bağlı xəbər yayımlayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb. Məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır. Çünki bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Ancaq mühafizəkarlara rəhbərlik edərlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər.

Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək. Bu halda ali rəhbərin alternativi çox deyil.

Mərhum Xomeyni şaha qarşı mübarizəyə Paris yaxınlığından rəhbərlik edirdi. O zaman Avropada və Fransada hesab edirlər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. Ümidlər boşa çıxdı.

Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çinlə kifayətlənə bilər.

Bəşər Əsəd Rusiyanı seçdi, ali rəhbər də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb.

Elxan Şahinoğlu,
politoloq

 

Bizə qoşulun