Medianews.az
WUF13 çərçivəsində dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur
68 baxış

WUF13 çərçivəsində dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyasının (GWOPA) su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur.

Medianews.az xəbər verir ki, tədbir UN-Habitat/GWOPA və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Assambleya su operatorları arasında əməkdaşlığın 17 illik inkişaf dinamikasını dəyərləndirmək, mövcud və yeni tərəfdaşlarla təcrübə mübadiləsini genişləndirmək məqsədi daşıyır.

Bizə qoşulun