Medianews.az
Vuçiç istefa verə bilər
109 baxış

Vuçiç istefa verə bilər

Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatmasının yaxınlaşması ilə əlaqədar istefa verə bilər. 

Medianews.az xəbər verir ki, bu barədə Serbiya lideri Çinə səfəri zamanı açıqlama verib.

“Ola bilsin ki, tezliklə istefa verəcəyəm”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, A.Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib. 2022-ci ildə o, ikinci müddətə dövlət başçısı postunu tutub. Vuçiçin prezidentlik səlahiyyətlərinin müddəti 2027-ci ildə başa çatır.//Qafqazinfo

Bizə qoşulun