CNN telekanalının "Ruper" institutunun sorğu nəticələrinə istinadən yaydığı son məlumat Vaşinqtonda siyasi bomba effekti yaradıb.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens populyarlıq reytinqində tarixi antirekorda imza ataraq, ölkə tarixində ən aşağı səviyyəyə yuvarlanıb.
Vensin rəsmi bəyənilmə reytinqi mənfi 18-ə (-18) düşüb. Bu, statistikanın aparıldığı bütün dövrlər ərzində hər hansı vitse-prezident üçün qeydə alınan ən pis göstəricidir.
Cəmi bir il ərzində Vensin populyarlığı 21% azalıb. Analitiklər bunu onun həm daxili, həm də xarici siyasətdəki (xüsusilə İslamabad danışıqlarındakı uğursuzluqlar fonunda) ziddiyyətli addımları ilə əlaqələndirirlər.
CNN vurğulayır ki, bu rəqəmlər təkcə Vensin deyil, ümumilikdə Donald Tramp administrasiyasının seçicilər arasında misli görünməmiş etimad böhranı ilə üzləşdiyini sübut edir.
Tarixi rəğbət reytinqində sonuncu pilləyə yerləşən Vens, hətta ən mübahisəli sələflərini belə geridə qoyaraq "ən qeyri-populyar" statusunu möhkəmləndirib.
Ekspertlər hesab edirlər ki, bu cür aşağı reytinqlər administrasiyanın qarşıdakı qərarlarının legiontimliyinə ciddi təsir göstərə bilər. Xüsusilə İrandakı müharibə və iqtisadi çətinliklər fonunda seçicilərin vitse-prezidentə qarşı olan bu kəskin münasibəti Ağ Evdə ciddi təşvişə səbəb olub.