Venesuelada güclü zəlzələlər nəticəsində ölənlərin sayı artıb.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 235 nəfərə çatıb, 4,3 mindən çox insan yaralanıb. Minlərlə insanın taleyi ilə bağlı narahatlıq davam edir və axtarış-xilasetmə əməliyyatları fasiləsiz aparılır.
Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib və zəlzələdən ən çox zərər çəkən bölgələrdə genişmiqyaslı xilasetmə və bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında 40 saniyə fərqlə maqnitudası 7,2 və 7,5 olan iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri Yaracuy ştatında yerləşib və onların episentrləri bir-birindən təxminən 10 kilometr məsafədə olub.