Medianews.az
Türkiyəyə 1,3 milyard, Rusiyaya 446 milyon, Ermənistana 11,2 milyon dollar -
144 baxış

Türkiyəyə 1,3 milyard, Rusiyaya 446 milyon, Ermənistana 11,2 milyon dollar - Azərbaycanın ticarəti

Azərbaycanın yaxın ölkələrlə ticarət statistikası açıqlanıb.

Medianews.az bildirir ki, Dövlət Gömrük Komitəsi 2026-cı ilin yanvar-may hesabatında Ermənistana ixracı 11,2 milyon dollar, oradan idxalı 0,96 min dollar göstərib.

Gürcüstana ixrac 424,9 milyon dollar, oradan idxal 57,2 milyon dollar, Rusiyaya ixrac 446 milyon dollar, oradan idxal 920,7 milyon dollar, İrana ixrac 9,8 milyon dollar, oradan idxal 257,1 milyon dollar, Türkiyəyə ixrac 1,3 milyard dollar, oradan idxal 939,9 milyon dollar dəyərində olub.

Qalan yaxın ölkələrlə, daha dəqiqi, postsovet dövlətləri ilə ticarət belə rəsmiləşib:

Qazaxıstan – 50,7 milyon dollar ixrac, 85,2 milyon dollar idxal;

Türkmənistan – 26,3 milyon dollar ixrac, 13,4 milyon dollar idxal;

Özbəkistan – 59,4 milyon dollar ixrac, 84,5 milyon dollar idxal;

Qırğızıstan – 20,4 milyon dollar ixrac, 2,8 milyon dollar idxal;

Tacikistan – 8,5 milyon dollar ixrac, 948,9 min dollar idxal;

Ukrayna – 129,2 milyon dollar ixrac, 117 milyon dollar idxal;

Belarus – 32,2 milyon dollar ixrac, 169,7 milyon dollar idxal;

Moldova – 3 milyon dollar ixrac, 2,1 milyon dollar idxal;

Litva – 1,3 milyon dollar ixrac, 7,3 milyon dollar idxal;

Latviya – 2,7 milyon dollar ixrac, 7,9 milyon dollar idxal;

Estoniya – 1,6 milyon dollar ixrac, 5,8 milyon dollar idxal.

Medianews.az

Bizə qoşulun