"Getdiyim hər yerdə futbolu, məğlubiyyətləri müzakirə edirdilər".
Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, mənim üçün futboldan uzaq qalmaq mümkün deyil:
"Həmişə ətrafımda futbol müzakirə olunur. Bunu niyə dəyişmədin, onu niyə etmədin? Başlayanda deyirdilər, düzünü sən bilirsən, amma onu niyə dəyişmədin? Bir neçə yaxınım var ki, mənə motivasiya verirdilər".
"İmarət" stadionu hazır olduqdan sonra orada hansı oyun oynanılmasından asılı olmayaraq ilk oyunumuzu Çempionlar Liqasının finalı kimi düşünəcəyik. O günə kimi hələ sağ qalmaq lazımdır. Məncə, tam hazır olduqdan sonra vəziyyətə baxmaq olar", - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə qarşılaşacaq.