Medianews.az
Həsən Xomeyni situasiyanı ələ almağa çalışır
325 baxış

Həsən Xomeyni situasiyanı ələ almağa çalışır

İrandakı proseslər eyni zamanda elita arasındakı çəkişmənin bir təzahürüdür.

Proseslərə bir qütbdən baxmamaq üçün informasiya axınlarındakı istiqamətlərə İran daxilindən məqsədli şəkildə eksklüzivlik verilir.

İndi Seyid Əli Xameneinin varisliyində adı hallanan 3 nəfərdən biri - Həsən Xomeyni (Ruhullah Xomeyninin nəvəsi) informasiya və təbliğat əməliyyatını əlinə almağa çalışır.

Seyid Həsən Xomeyni cümə axşamı günü Allaha iman və ölkə rəhbərliyinə etibar etmək ehtiyacından danışıb.

Xomeyni çıxışında İranın üzləşdiyi çətinlikləri ilahi müdrikliyə və mənəvi möhkəmliyə olan geniş ehtiyacla əlaqələndirib.

Bu, ali liderin varisliyi üçün iddia edilən digər iki namizədin (Həsən Ruhani və Müctəba Xamenei) aparacağı informasiya əməliyyatlarını qabaqlamaqla uyğun zamanda daxili auditoriyaya müraciətdir.

Onun potensial siyasi təsirə malik bir şəxs olması bu proseslərin gedişatında fokuslanmanı genişləndirir və mürəkkəbləşdirir.

İran strategiyası fərqli və mürəkkəb işləyir, ancaq bu dəfə onun etirazlar və nəticələrə adaptasiyası çətinləşir.

Həsən Xomeyni ipləri əlinə ala bilsə, onun Xameneinin yerinə keçidi qaçılmaz olacaq.

Aqşin Kərimov,
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

Bizə qoşulun