Medianews.az
Türkiyə futbolunda Mirça Luçeskunun
89 baxış
Yüklə

Türkiyə futbolunda Mirça Luçeskunun xatirəsi anılacaq

Aprelin 8-dən 13-dək Türkiyə stadionları "Beşiktaş" və "Qalatasaray"ın sabiq baş məşqçisi Mirça Luçeskunun xatirəsinə hörmət əlaməti olaraq sükuta qərq olacaq. Belə ki, qeyd olunan tarixlərdə ölkədə baş tutacaq bütün qarşılaşmalarda mərhum mütəxəssis yad ediləcək.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Qurumun yaydığı məlumata əsasən, 80 yaşında vəfat edən rumıniyalı məşhur mütəxəssisin əziz xatirəsi hər matçın start fiti səslənməzdən öncə bir dəqiqəlik sükutla anılacaq.

Xatırladaq ki, son iş yeri Rumıniya yığması olan təcrübəli baş məşqçi ötən gün dünyasını dəyişib.

Mirça Luçesku özünün olduqca zəngin məşqçilik karyerası ərzində İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", eləcə də Ukraynanın "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" kimi məşhur komandalarının sükanı arxasında çalışıb./oxu.az

Bizə qoşulun