Medianews.az
Tülkünün drona reaksiyası gündəm oldu -
164 baxış

Tülkünün drona reaksiyası gündəm oldu - VİDEO

Türkiyədə tülkünün dronla çəkilən görüntüləri maraqla qarşılanıb.

Medianews.az xəbər verir ki, Adilcəvaz rayonunda qarla örtülmüş ərazidə görüntülənib.

Orxan Emen dron vasitəsilə çəkiliş apararkən qar üzərində qida axtardığı ehtimal olunan tülkünü lentə alıb. Görüntülərdə heyvanın əvvəlcə dronun səsini eşidərək qısa müddət dayandığı, sonra istiqamətini dəyişib uzaqlaşmağa çalışdığı əks olunub. Bir qədər sonra isə tülkü ehtiyatla drona yaxınlaşaraq maraqla havadakı obyekti izləyib.

Mütəxəssislər bildirirlər ki, vəhşi heyvanlar naməlum səs və cisimlərə qarşı həm ehtiyatlı, həm də maraqlı reaksiya verə bilirlər. Xüsusilə qış aylarında qida tapmağın çətinləşdiyi dövrdə onlar enerjilərini qorumaq üçün daha diqqətli davranırlar.

Çəkilişi həyata keçirən Orxan Emen tülkünü narahat etməmək üçün dronu qısa müddətdə ərazidən uzaqlaşdırdığını bildirib: “Məqsədimiz yalnız təbiətin gözəlliyini qeydə almaq idi. Vəhşi heyvanların həyatına toxunmuruq”.  

Medianews.az

Bizə qoşulun