“Rusiya ilə Ermənistanı xüsusi münasibətlər və iki xalq arasında səmimi sevgi bağlayır”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ermənistan bizim üçün sadəcə suveren dövlət deyil, əlbəttə ki, o, qədim köklərə və zəngin mədəniyyətə malik müstəqil dövlətdir. Eyni zamanda, bizi onunla xüsusi münasibətlər bağlayır”, – deyə diplomat bloqer Olqa Blaqoveşenskayaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistana hər zaman yalnız yardım və dəstək göstərib.
“Məncə, bu, həm geosiyasi amillərlə, həm də mənim “sevgi” adlandırdığım hisslə bağlıdır”./Globalinfo.az