Medianews.az
Konatedən Yamala cavab:
95 baxış

Konatedən Yamala cavab: "Deyilənlərə fikir vermirik"

Fransa millisinin müdafiəçisi İbraima Konate, İspaniya yığmasının hücumçusu Lamin Yamalın yarımfinal oyunu öncəsi "Əgər bu yarımfinalda kimsə qorxmalıdırsa, o da məhz Fransadır — bizdən qorxmalıdırlar" dediklərinə cavab verib.

Medianews.az xəbər verir ki, futbolçu, Fransa millisinin heç kimdən qormadığını və deyilən sözlərə əhəmiyyət vermədiyini deyib: 

"Xeyr, biz qorxmuruq. Düzünü desəm, oyundan əvvəl deyilən sözlərə əhəmiyyət vermirik. Bizim heç kimdən qorxmağa ehtiyacımız yoxdur. Ən vacib məqam bu turnirə başladığımız təvazökarlığı qorumaq və xüsusilə belə bir məqamda bu cür tələlərə düşməməkdir. O, nə istəyir danışa bilər. Biz matça var gücümüzlə hazırlaşacağıq və ümid edirik ki, oyun bitdikdən sonra nəticə bizim xeyrimizə olacaq".

Qeyd edək ki, DÇ-2026-nın Fransa və İspaniya yığmaları arasındakı 1/2 final qarşılaşması iyulun 14-də, Bakı vaxtı ilə saat 23:00-da ABŞ-nin Dallas şəhərində baş tutacaq.

Medianews.az

Bizə qoşulun