Ağ Ev köməkçilərinin kiçik bir qrupunun ABŞ prezidenti Donald Trampın "Truth Social" hesabına girişi var.
Medianews.az-ın məlumatına görə, "Wall Street Journal" qəzeti Ağ Ev liderinin şəxsi hesabındakı paylaşımları əslində kimin yazdığını açıqlayıb.
Bildirilib ki, Trampın kopirayterləri olsa da, onun razılığı olmadan mətnlər dərc edə bilməzlər.
Tramp bəzən öz hesabında paylaşım edir, bəzən isə onları işçilərinə diktə edir. Yüksəkvəzifəli köməkçilər onu impulsiv paylaşımlardan çəkindirirlər. Lakin prezident sonda sosial media platformasında nələrin dərc olunacağına özü qərar verir.
Fevralın 28-dən bəri prezidentin İran və İsrail haqqında təxminən 90 paylaşım dərc etdiyi bildirilir ki, bu da İranda əməliyyatın başlamasından bəri paylaşımlarının təxminən dörddə birini təşkil edir./Oxu.Az