“Prezident Cozef Baydenin dönəmində ABŞ, Qərb Rusiyaya qarşı sərt addımlardan çəkinirdi. Donald Tramp administrasiyası isə Rusiyanın Ukraynaya qarşı təcavüzə, işğala əl atdığı gündən bəri ilk dəfədir ki, Moskvaya əsl sanksiyalar tətbiq etməyə başlayıb”. Siyasətçi, iqtisadçı Natiq Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Vaşinqtonun Moskvaya tətbiq etdiyi sanksiyalaın artıq ciddi nəticələri var: “Son günlər Rusiyanın "Urals" markalı neftinin bir barelinin qiyməti 36 dollara düşüb. Trampın qorxusundan heç kim almır deyə Rusiya öz neftinə bu gün 23,52 dollar endirim elan edib. Çarəsizlikdən bu addımı atıb, daxildə neft emalı zavodlarının 20%-i Ukraynanın zərbələri nəticəsində sıradan çıxarılıb, xam nefti emal da edə bilmir, daha çox satmağa məcburdur, alan da yoxdur. Vasitəçi şirkətlər isə neftdən Rusiya adını "silmək" üçün daha böyük endirim tələb edirlər. Belə getsə, bu həftə "Urals" markalı neftin qiyməti 30 dollardan aşağı düşə bilər...”
Nailə Qasımova,
Medianews.az