ABŞ prezidenti Donald Trampın qismən yenilənmiş hökumətində bir vakant vəzifə var. Medianews.az bildirir ki, ədliyyə naziri (baş prokuror) səlahiyyətlərinin icrası Tod Blanşa həvalə olunub.
Kabinet üzvlərini prezident Konqresin yuxarı palatasının – Senatın razılığı ilə təyin edir.
1946-cı il təvəllüdlü Donald Tramp 2017-2021-ci illərdə prezident olub, 2025-ci il yanvarın 20-dən yenə dövlət başçısıdır.
Donald Trampın komandasında seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur.
Qalan vəzifələrdə bu şəxslər çalışır:
dövlət katibi – Marko Rubio
müdafiə naziri – Piter Heqset
daxili işlər naziri – Duqlas Burqum
daxili təhlükəsizlik naziri – Markueyn Mallin
maliyyə naziri – Skott Bessent
nəqliyyat naziri – Şon Daffi
energetika naziri – Kristofer Rayt
kənd təsərrüfatı naziri – Bruk Rollins
ticarət naziri – Hovard Lütnik
tikinti və şəhər inkişafı naziri – Skott Turner
təhsil naziri – Linda Makmen
əmək naziri – Lori Çaves-Deremer
səhiyyə və sosial xidmətlər naziri – Robert Kennedi
veteranlarla iş naziri – Duqlas Kollins
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff
Milli Kəşfiyyatın direktoru – Tulsi Qabbard
İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout
Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler
ticarət nümayəndəsi – Ceymison Qrir
Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi – Maykl Uolts.
Ağ ev aparatına Syuzan Uayls başçılıq edir.