Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin öz taleyini təyinetmə hüququnun Krım və Donbasa şamil edilməməsi ilə bağlı açıqlamasını çox qəribə adlandırıb.
Medianews.az xəbər verir ki, bu barədə Lenta.ru yazıb.
Diplomat qeyd edib ki, "Birləşmiş Millətlər Təşkilatının Baş katibindən təəccüblü, qəribə bir açıqlama eşitdik. Yanvarın 29-da BMT-nin Baş katibi Antonio Quterreş daha bir çox qəribə bir açıqlama verərək iddia etdi ki, öz taleyini təyinetmə prinsipi Krım və Donbasdakı vəziyyətə tətbiq olunmur".
Zaxarova vurğulayıb ki, Quterreş faktiki olaraq "taleyin ağası" rolunu öz üzərinə götürür və kimin hansı hüquqlara malik olduğunu müəyyən edir. Onun sözlərinə görə, BMT-nin Baş katibi tamamilə Qərb təbliğatı üçün bir kanala çevrilib və BMT Nizamnaməsinin prinsiplərini müdafiə etməkdən imtina edib.
Medianews.az