Medianews.az
Tramp İrana qarşı birgə əməliyyatın
126 baxış

Tramp İrana qarşı birgə əməliyyatın məqsədini açıqlayıb

İsraillə birgə İrana qarşı əməliyyatın məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Medianews.az məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"Birləşmiş Ştatlar, şübhəsiz ki, dünyanın ən böyük neft istehsalçısıdır, ona görə də neft qiymətləri artanda biz daha çox pul qazanırıq. Lakin, prezident kimi mənim üçün daha böyük maraq və əhəmiyyət kəsb edən məsələ – İranın nüvə silahına sahib olmasının və Yaxın Şərqin, əslində bütün dünyanın məhv edilməsinin qarşısını almaqdır. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - o yazıb./report

Bizə qoşulun