Medianews.az
Timsah kişinin qolunu
71 baxış

Timsah kişinin qolunu qopardı

Hindistanda 3 metrlik timsah 45 yaşlı çobana hücum edib.

Medianews.az xəbər verir ki, hadisə Racastan ştatında yerləşən Ramqarh-Vişdhari qoruğunda baş verib. Kişi keçilərini çayda yuyarkən timsah onu suya sürükləyib. Hadisə kişinin iki oğlunun gözü qarşısında baş verib.

Uşaqlar atalarını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hücum zamanı oğlanlardan biri ağır xəsarət alıb. Çobanın meyiti bir neçə saat sonra tapılıb. Onun qolu qopmuş, ayağı isə ciddi zədələnmiş vəziyyətdə olub.

Bizə qoşulun