Medianews.az
“The Voice UK” ulduzu
120 baxış

“The Voice UK” ulduzu xərçəngdən vəfat etdi

Məşhur musiqi şousu “The Voice UK”un keçmiş iştirakçısı, müğənni Din Franklin 36 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, sənətçinin ölüm xəbərini anası sosial media hesabında paylaşıb.

O bildirib ki, Franklin səkkiz həftə üç gün ərzində xərçənglə mübarizə aparıb.

Qeyd edək ki, müğənni onda dördüncü mərhələ qida borusu xərçəngi olduğunu iki ay əvvəl – dekabr ayında izləyicilərinə açıqlayıb. Franklin xəstəliyin qaraciyərinə yayılana qədər heç bir simptom hiss etmədiyini bildirmişdi.

Sənətçinin vəfatı pərəstişkarları və musiqi ictimaiyyəti arasında dərin kədər doğurub.

Medianews.az

Bizə qoşulun