Medianews.az
Sabah çimərliklərdə
96 baxış

Sabah çimərliklərdə 26 dərəcə isti gözlənilir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyulun 19-da mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Bizə qoşulun