İspaniyada gənc oğlan Vueling Airbus A320 təyyarənin üstünə ayaqyalın çıxıb və qaçmağa başlayıb.
Medianews.az xəbər verir ki, hadisə yanvarın 31-i, Valensiya hava limanında, təyyarə Hollandiyanın Amsterdam şəhərinə uçmağa hazırlaşanda baş verib.
Oğlan təhlükəsizlik sistemlərini keçib və pilləkənlərdən istifadə edib. Şahidlər həmçinin səyyahın qollarını yellədiyini, hava limanı işçilərinə qışqırdığını və köynəyini cırdığını da lentə alıblar.
Təhlükəsizlik əməkdaşları sonda itaətsiz turisti həbs ediblər. Polis əməkdaşları onun davranışının psixotik pozuntudan qaynaqlandığından şübhələniblər. Gənc xəstəxanaya yerləşdirilib.