Medianews.az
Bakı Dövlət Universitetinin müəllimi
55 baxış

Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Firəngiz Qasımova 1959-cu il martın 30-da Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. O, uzun müddət BDU-da müəllim kimi fəaliyyət göstərib.

Bizə qoşulun