Medianews.az
Tərəvəzləri bu cür saxlamayın:
67 baxış

Tərəvəzləri bu cür saxlamayın: Kif yaradır

Aqronom Aleksey Kurenin tərəvəzlərin düzgün saxlanma qaydaları ilə bağlı xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, mütəxəssis tərəvəzlərin polietilen paketlərdə saxlanmasının onların tez xarab olmasına və dad keyfiyyətinin pisləşməsinə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, paketlərdə yaranan nəmlik və hava dövranının olmaması bakteriya və kifin yaranmasını sürətləndirir. Bundan əlavə, etilen qazının yığılması meyvə-tərəvəzlərin həddindən artıq yetişməsinə və tez korlanmasına gətirib çıxarır.

Aqronom tərəvəzlərin kağız torbalar, səbətlər və ya taxta qutularda saxlanmasını daha uyğun hesab edib.

Medianews.az

Bizə qoşulun