Medianews.az
Məşhur müğənni Gökhan Özen evlilik yolunda –
85 baxış

Məşhur müğənni Gökhan Özen evlilik yolunda – FOTOLAR

Mahnıları ilə 2000-ci illərdə iz buraxan 46 yaşlı müğənni Gökhan Özen şəxsi həyatı ilə gündəmə gəlib. 

Medianews.az xəbər verir ki, müğənni ikinci dəfə ailə həyatı qurur. Belə ki, Özen sevgilisi Naz Canbazla münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. O, sevgilisinə evlilik təklifi edib.

Canbazdan "Bəli" cavabı alan məşhur sima, sevgilisinin barmağındakı üzüyün şəklini "Rəsmi olaraq nişanlandıq" başlığı ilə paylaşıb.

Qeyd edək ki, Özen Selen Sevigen ilə 2010-cu ildə ailə həyatı qurub. Lakin cütlük 6 il sonra boşanıblar. Onların bu evlilikdən Ada Deren və Derin Su adlı iki qızları var./ Unikal.az

Bizə qoşulun