Medianews.az
Tehran geri çəkilmir:
76 baxış

Tehran geri çəkilmir: ABŞ və İsrailə qarşı sərt mövqe

İranın ali lideri Müctəba Xamenei ABŞ və İsrail ilə qarşıdurmanı dayandırmaq niyyətində deyil.

Medianews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.  

Agentliyə danışan anonim iranlı rəsmi bildirib ki, yeni rəhbərin mövqeyi çox sərt və ciddidir, həmçinin qisas almağa qərarlıdır.

Mənbə həmçinin qeyd edib ki, Xameneyinin seçkidən sonra keçirilən ilk xarici siyasət iclasında şəxsən iştirak edib-etmədiyi dəqiq məlum deyil.

Rəsmi açıqlamalar fonunda regionda gərginliyin davam edəcəyi istisna olunmur.

Medianews.az

Bizə qoşulun