Şəkidə taxıl sahələrində yük avtomobilləri yanıb.
Medianews.az -ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəkinin Qozlubulaq və Sarıca kəndlərində yanğın baş verib.
Qozlubulaq kəndində “MAN” markalı yük avtomobilinin ön hissəsi yanıb. Yanğın nəticəsində qoşquda olan 4 ton taxılın 1 tonu, həmçinin 20 hektar biçilmiş və 1 hektar biçilməmiş taxıl sahəsi yanıb.
Sarıca kəndində isə “DAF” markalı yük avtomobilinin yanar hissələri və 100 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb. Qoşqu və içərisində olan 24 ton taxıl yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ətraf ərazilər mühafizə olunub.(qafqazinfo)


