Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini olan 18 yaşlı G.Ə. aralarında yaranmış münaqişə zəminində 20 yaşlı tanışı Q.B.-ya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, vəziyyəti həkim nəzarətindədir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən G.Ə. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.//Modern.az