Medianews.az
Sülh sazişi tez imzalana bilər – ABŞ məsələnin uzanmasını istəmir –
156 baxış

Sülh sazişi tez imzalana bilər – ABŞ məsələnin uzanmasını istəmir – AÇIQLAMA

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Ermənistandakı seçkilərdən əvvəl imzalanması ehtimalı var”. Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, ABŞ məsələnin uzanmasını istəmir və sülh sazişinin 7 iyuna qədər imzalanmasında maraqlıdır: “ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bugünlərdə bölgəyə - Azərbaycana və Ermənistana səfər edəcək. Bu səfər 8 avqust 2025-ci il tarixli razılaşmaların icrasını sürətləndirməyə yönəlib.

Xatırladaq ki, bu il iyunun 7-də Ermənistanda parlament seçkiləri olacaq.

Azərbaycanla Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin layihəsi 2025-ci il martın 13-də razılaşdırıb.

Həmin il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayaraq sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin (Zəngəzur dəhlizi) yaradılması da razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəcək.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun