NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ olmadan alyansın fəaliyyətini davam etdirməsi mümkün deyil.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, NATO-nun gücü ABŞ və Avropanın birlikdə hərəkət etməsinə əsaslanır. Stoltenberq qeyd edib ki, Avropa İttifaqı təhlükəsizlik sahəsində NATO-nu əvəz edə bilməz.
Sabiq baş katib alyans daxilində ABŞ və Avropa arasında parçalanmanın qarşısını almağın vacib olduğunu vurğulayıb.
Medianews.az