Medianews.az
Sosial şəbəkə istifadəçilərinə çağırış:
98 baxış

Sosial şəbəkə istifadəçilərinə çağırış: “Hər söz yüz ölçüb, bir biçilməlidir”

Bloqçu Fərid Pərdəşünas sosial şəbəkələrin azərbaycanlı istifadəçilərinə çağırış edib.

Medianews.az-ın məlumatına görə, o, bildirib:

“Regionumuz rəsmən qan gölüdür. Məsələnin qəliz tərəfi odur ki, tarixən belə olub. İndi də nəsə dəyişməyib, davam edir. Böyük ehtimalla da bir neçə yüz il davam edəcək.

​Vəziyyət belə olanda, sən istəsən də, istəməsən də, qan üzərinə sıçrayır. Necə ki dünən bunun şahidi olduq.

​Belə vəziyyətdə Azərbaycan hakimiyyəti lazımi olan diplomatik, ehtiyac yarandığı anda hərbi addımları ata bilir.

​Biz cəmiyyət olaraq - rəy liderləri, ictimai fikir formalaşdıran şəxslər, sosial şəbəkə istifadəçiləri cəmiyyətə, vətəndaşlara qarşı bölücü, dağıdıcı fikirlər səsləndirməkdən çəkinməli və vahid düşüncə olaraq 1 nömrəli məsələ kimi Azərbaycanın və öz vətəndaşlarımızın təhlükəsizliyini öndə tutmalıyıq.

​Hansı paylaşımı açırsan kimsə kiminləsə dava edir, söyür. Hərə bir tərəf tutur, qütbləşir. Başa düşməliyik ki, bizim bir tərəfimiz var, o da Azərbaycandır. Baş verənlər idman və ya kompüter oyunu deyil. Müharibədir. Hər fikir, hər söz yüz ölçüb, bir biçilməlidir”.

Medianews.az

Bizə qoşulun