Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, hava limanına 3 dron zərbəsi olub.
Sosial şəbəkələrdə yayılan fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür. Məlumatlara görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb.
Eyni zamanda baş verən hadisədən sonra Bakıdan Naxçıvana uçuş ləğv edilib.
Onu da bildirək ki, Azərbaycan heç bir zaman qonşuluq prinsiplərinə zidd addım atmayıb. İranın bu addımı nankor molla rejiminin iç üzünü bir daha göstərdi. Azərbaycan heç bir zaman İranın ərazisinə qarşı hər hansı bir iddiada olmayıb. İran isə 30 illik işğal dövründə ermənilərin tərəfini tutduğu kimi bu gün də haqsız yerə Azərbaycan ərazisinə raket atıb. Bir daha qeyd edirik ki, bu, molla rejiminin növbəti dəfə nankorluğunu ortaya qoymuş oldu.
Məlumat yenilənəcək...