Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda baş verən dava zamanı 19 yaşlı İsmayıl D. böyük qardaşı 23 yaşlı Fatih D.-ni ayağından bıçaqlayıb.
Medianews.az xəbər verir ki, hadisə Burhaniye Məhəlləsi, Osmaniye Cami küçəsində saat 03:00 radələrində baş verib və anbaan mobil telefon kamerasına düşüb.
Məlumata görə, sərxoş olduğu iddia edilən Fatih D. ilə qardaşı İsmayıl D. arasında mübahisə düşüb və mübahisə birdən davaya çevrilib. Dostlar qardaşları ayırmağa çalışsa da, İsmayıl D. yanında olan bıçaqla böyük qardaşının sol ayağını vurub.
Fatih D. hadisədən sonra şəxsi avtomobillə İnegöl Dövlət Xəstəxanasına aparılaraq müalicə alıb. Polis isə İsmayıl D.-nin tutulması üçün araşdırma aparır.
Medianews.az