Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Medianews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən "Opel" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.