Medianews.az
Sərnişinlər ac-susuz qalıblar, yerdə yatırlar:
96 baxış

Sərnişinlər ac-susuz qalıblar, yerdə yatırlar: Aeroportlarında nə baş verir?

Rusiyanın “Pobeda” aviaşirkətinin sərnişinləri Moskvanın Şeremetyevo hava limanında ac-susuz, yerdə yatmaq məcburiyyətində qalıblar.

Bu barədə “Baza” "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, bəzi sərnişinlər artıq 15 saatdır ki, reyslərin gecikməsi səbəbindən terminalda çarəsiz vəziyyətdə gözləyirlər. Şikayətlər təkcə paytaxtdan deyil, Rusiyanın müxtəlif bölgələrindən gəlir. Bəzi regionlarda uçuşlarda yaranan fasilələrin artıq bir neçə gündür davam etdiyi bildirilir. Maraqlısı budur ki, digər aviaşirkətlərin reyslərində belə kütləvi problemlər müşahidə olunmur.

Şeremetyevo hava limanından gələn görüntülərdə terminalların insanla dolduğu, vətəndaşların skamyalarda və birbaşa döşəmənin üzərində yatdığı görünür. Sərnişinlər aviaşirkətin onlara qida və su təminatı yaratmadığını bildiriblər.

“Pobeda” rəsmiləri insanlara otel təklif etmək əvəzinə, onlara qalmaq üçün özlərinin yer tapmasını məsləhət görüblər. Şirkət çəkilən xərclərin gələcəkdə kompensasiya ediləcəyini vəd etsə də, bu, sərnişinlərin qəzəbinə səbəb olub.

Xatırladaq ki, bundan əvvəl Rusiya Nəqliyyat Nazirliyi Moskvada baş verən güclü qar səbəbindən uçuşlarda gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq etmişdi./publika.az

Bizə qoşulun