Medianews.az
Şəkər təhlükəsi:
101 baxış

Şəkər təhlükəsi: ürək və insult riskini artırır

Kardioloq Dmitri Orlov bildirib ki, həddindən artıq şəkər qəbulu insult və ürək-damar xəstəlikləri riskini artırır.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, uzun müddət yüksək miqdarda şəkər istehlakı damar və ürəyə ciddi yük yaradır. Beləliiklə, qan təzyiqini yüksəldir və ateroskleroz, diabetin inkişafına səbəb ola bilər.

Həkim qeyd edib ki, təhlükə yalnız şirniyyatlarla deyil, qazlı içkilər, paket şirələr, şirin yoqurtlar və hazır məhsullardakı gizli şəkərlə də bağlıdır.

Mütəxəssis şəkəri tam kəsməyi deyil, onun miqdarını azaltmağı, şirin içkilərdən imtina etməyi və qidalanmada balans yaratmağı tövsiyə edib.

Medianews.az

Bizə qoşulun