Medianews.az
Səhnəyə çıxan insan ali təhsil almalıdır -
78 baxış

Səhnəyə çıxan insan ali təhsil almalıdır - Brilliant Dadaşova

"Əvvəl televiziyaya çıxanda, radioda olanda, studiyada mahnı yazdıranda bilirdik ki, tamaşaçı əyləşib bizi dinləyir. Ona hörmət edirdik. Anlayırdıq ki, tamaşaçının səviyyəsi, intellektual səviyyəsi var. Onun qarşısında pis mahnı oxumaq olmaz".

Medianews.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Öz aramızda" proqramında deyib. Müğənni bildirib ki, efirdə savadlı mahnı oxumaq hamının borcudur:

"Düzgün ifa etmək lazımdır. Elə mahnı seçməlisən ki, sənin tamaşaçıya olan hörmətin bəlli olsun. Musiqi savadı, özünü aparmaq, danışıq yaxşı olmalıdır. Efirə çıxırıqsa, xalqa məxsus olan şəxslərik. Onların gözündə musiqi düzgün olmalıdır. İndi də gözəl bəstəkarlarımız, şairlərimiz var. Biz səhnəyə çıxanda onu nəzərə almalıyıq. Bəzi kütlədən başqa bizim səviyyəli tamaşaçımız da var, bunu nəzərə almalıyıq. Səhnəyə çıxan insan ali təhsil almalıdır".(axşam.az

Bizə qoşulun