Nigeriyada Kaduna ştatında şayiələr faciəyə səbəb olub. Bir qadın uşaq oğurluğu ilə bağlı əsassız ittihamlar nəticəsində kütlə tərəfindən yandırılaraq öldürülüb.
Medianews.az xəbər verir ki, qadın əvvəlcə polis tərəfindən xilas edilərək bölməyə aparılıb, lakin daha sonra yüzlərlə insan polis binasını mühasirəyə alıb. Nəticədə kütlə binaya girərək qadını çıxarıb.
Polis hadisəni “barbarlıq aktı” adlandırıb, bir neçə şübhəli saxlanılıb, araşdırma davam edir. Rəsmilər isə əhaliyə şayiələrə uymamağa çağırış ediblər.
Medianews.az