Medianews.az
Sarıkök bəzi dərmanların təsirini
97 baxış
Yüklə

Sarıkök bəzi dərmanların təsirini gücləndirə bilər

Son dövrlərdə ədviyyələrin faydaları ilə bağlı maraq artsa da, mütəxəssislər onların düzgün və ehtiyatla istifadə olunmasının vacibliyini vurğulayırlar. Xüsusilə bəzi ədviyyələrin dərmanlarla qarşılıqlı təsiri sağlamlıq üçün risk yarada bilər.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux ədviyyələrin vitamin və mineral ehtiyacını tam ödəyə bilmədiyini bildirib. Onun sözlərinə görə, ədviyyələr əsasən yeməyə dad qatmaq üçün istifadə olunur və orqanizmin biokimyəvi proseslərinə ciddi təsir göstərmir.

Ekspert qeyd edib ki, bəzi hallarda ədviyyələrin istifadəsinə məhdudiyyət qoyulmalıdır. Mədə-bağırsaq xəstəlikləri zamanı acı ədviyyələr vəziyyəti ağırlaşdıra, ürək-damar problemlərində isə təzyiqə təsir göstərə bilər.

Həkim vurğulayıb ki, sarıkök diabet əleyhinə dərmanların təsirini gücləndirərək qanda şəkərin təhlükəli dərəcədə azalmasına səbəb ola bilər. Eyni zamanda, zəncəfil və mixək qanı durulaşdırdığı üçün bu ədviyyələrin antikoaqulyant dərmanlarla birlikdə qəbulu qanaxma riskini artıra bilər.

Bizə qoşulun