Medianews.az
Sabiq nazir özünə dair şayiələri
85 baxış

Sabiq nazir özünə dair şayiələri CAVABLANDIRDI

Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.

Medianews.az manset.az-a istinadla xəbər verir ki, keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:

“Hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”

Xatırladaq ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.

Bizə qoşulun