Rusiyada "Telegram" platformasının bloklanması ilə bağlı konkret vaxt çərçivəsinin müəyyənləşdirildiyi iddia olunur. Məlumata görə, məhdudiyyətin aprelin əvvəlində qüvvəyə minməsi ehtimalı nəzərdən keçirilir.
Milli.Az xəbər verir ki, Kremlə yaxın iki mənbə məsələ ilə bağlı qərarın artıq qəti xarakter daşıdığını bildirir.
Onların sözlərinə görə, belə bir addımın atılması müzakirə olunarkən son dövrlər vətəndaşların, o cümlədən yetkinlik yaşına çatmayanların müxtəlif qanunsuz fəaliyyətlərə cəlb olunması hallarının artması əsas arqument kimi göstərilib.