Rusiyada məktəbdə atışma olub.
Medianews.az xəbər verir ki, hadisə Krasnodar diyarının Qulkeviç rayonunda baş verib.
9-cu sinif şagirdi pnevmatik silahı məktəbə gətirərək iki şagirdi yaralayıb. Region rəhbəri Veniamin Kondratyev bildirib ki, yaralanan şagirdlərə dərhal tibbi yardım göstərilib və onların vəziyyəti stabil qiymətləndirilir.
Hadisədən sonra məktəb rəhbərliyi və mühafizə xidməti ilə bağlı araşdırma başlanıb. Psixoloqlar şagirdlərə və valideynlərə dəstək üçün cəlb olunub. Prokurorluq və təhsil orqanları hadisənin necə baş verdiyini araşdırır.
Medianews.az