Medianews.az
Rusiya-Ukrayna cəbhəsində yaz-yay hücumu başlanıb -
89 baxış

Rusiya-Ukrayna cəbhəsində yaz-yay hücumu başlanıb - VİDEO

Ukrayna Rusiyanın Ka-52 (Alliqator) hücum helikopterini havada ucuz FPV dronu ilə vurub. Hadisə bu gün baş verib. Ekipaj (pilot və şturman) qəza enişi etməyə çalışsa da, digər Ukrayna dronları tərəfindən məhv edilib.

Ka-52-lərin risk edərək cəbhə xəttinə yaxınlaşmasının səbəbi son günlər Rusiya ordusunun hücumlarının yeni mərhələsinin başlaması ilə əlaqədardır. (Bunu yaz-yay hücumunun başlanğıcı da adlandırırlar). Bu hücumlar Rusiya piyada qüvvələrinin ağır itkiləri ilə müşayiət olunur. Ukrayna Baş Qərargahının məlumatına görə, ötən 3 gündə Rusiya tərəfi ölü-yaralı olaraq 4900-dən çox əsgər itirib.

Ukrayna ordusu isə öz növbəsində Dnepropetrovsk-Zaporojye istiqamətində lokal hücum əməliyyatlarını davam etdirir. Artıq 430 kv. km ərazi geri alınıb.

Qış boyunca Ukrayna ordusu tərəfindən Rusiyanın 80-dən artıq HHM sistemi və radarının sıradan çıxarılması səbəbi ilə cəbhə xəttində işğalçı ordunun, Krımın, eləcə də Rusiya ərazisinin böyük hissəsinin hava müdafiəsində ciddi boşluqlar yarandığı üçün Ukrayna dronları son vaxtlar daha rahat hərəkət edir və dərinliklərə qədər irəliləyib, düşmənin piyada qüvvələrinə, hərbi texnikasına, logistikasına, sənaye obyektlərinə ardıcıl zərbələr endirir.

Peyk görüntüsü ilə dəqiqləşib ki, martın 17-də Novqorod vilayətinin Staraya Russa şəhərindəki aviasiya təmiri müəssisəsinə Ukrayna dronlarının hücumu zamanı nadir A-50 radiolokasiya təyyarəsi sıradan çıxarılıb.

Şahin Cəfərli,
politoloq

 

Bizə qoşulun