Medianews.az
Rusiya ordusu Ukraynanın Sumı vilayətinə hücum edib,
50 baxış

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə hücum edib, ölənlər və yaralananlar var

Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinə hücumları nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Medianews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisindən bildirilib.

"Son sutka ərzində Sumı vilayətinin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb", - məlumatda vurğulanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, regionun bir sıra yaşayış məntəqələri zərbələrə məruz qalıb. Hücumlar zamanı aviabombalardan və pilotsuz uçuş aparatlarından istifadə edilib.

Bildirilib ki, ərazilərdə istintaq-əməliyyat qrupları, kriminalistlər və s. fəaliyyət göstərirlər.

Bizə qoşulun