Medianews.az
Rusiya kənarda qaldı, mövsümün sxemi dəyişdi
137 baxış

Rusiya kənarda qaldı, mövsümün sxemi dəyişdi

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün ilkin sxemi qismən dəyişib.

Medianews.az bildirir ki, 2022-ci ildən sanksiya altında olan Rusiya yenə yarışlardan kənar qaldığından Çempionlar Liqasına 83, Avropa Liqasına 45, Konfrans Liqasına 111 komandanın buraxılması nəzərdə tutulur.

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.

36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Azərbaycan çempionu Çempionlar Liqasına birinci mərhələdən başlayacaq.

Ölkə kubokunun sahibi üçün start Avropa Liqasının birinci mərhələsində, bürünc medalçı üçün Konfrans Liqasının birinci, gümüş medalçı üçün ikinci mərhələsində nəzərdə tutulur.

Milli futbol çempionatının yüksək dəstəsində 2025-2026 mövsümünün qalibi erkən bəlli olub: “Sabah”. Qızıl medalçıya yaxın pillələri bu komandalar tutur: “Qarabağ”, “Turan Tovuz”, “Zirə”, “Neftçi”.

Azərbaycan kubokunun 2025-2026 mövsümünün finalına “Sabah” və “Zirə” yüksəlib. Çempion “Sabah” həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş medalçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc medalçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.

Medianews.az

Bizə qoşulun