Ukraynanın Odessa şəhərində türk restoranlarından birinin sahibi ilə bağlı yayılan görüntülər böyük rezonans doğurub.
Medianews.az xəbər verir ki, restoran sahibi 68 yaşlı qadına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.
Hadisənin əks olunduğu görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Ukrayna hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bildirilib ki, insidentdən sonra sözügedən restoranın fəaliyyəti dayandırılıb. Eyni zamanda, sahibkarın Ukraynada yaşamaq icazəsi ləğv edilib və onun ölkədən deportasiya olunması ilə bağlı prosedura start verilib.
Hadisə ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Ukrayna rəsmilərinin məsələ ilə bağlı araşdırmaları davam etdirilir.
Medianews.az