Medianews.az
Realda böyük qalmaqal: Arda, sən çölə çıx... -
69 baxış

Realda böyük qalmaqal: Arda, sən çölə çıx... - VİDEO

"Real Madrid"in "Bayern Münhen"ə 4:3 hesabı ilə məğlub olaraq UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsindən kənarlaşmasından sonra klub daxilində gərginlik yaşanıb.

Medianews.az xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumatlara görə, klub prezidenti Florentino Perez matçdan dərhal sonra soyunma otağına enərək futbolçulara sərt irad bildirib.

İddialara əsasən, Perez çıxışına başlamazdan əvvəl diqqətçəkən addım atıb. Matçda iki qolla fərqlənən və komandanın ən yaxşı oyunçularından biri olan Arda Gülerə “Arda, çıx!” deyərək onun otaqdan ayrılmasını istəyib. Bu addım gənc futbolçunun digər oyunçulardan fərqləndirilməsi kimi qiymətləndirilib.

Arda Gülər otaqdan çıxdıqdan sonra prezidentin komandaya çox sərt sözlər ünvanladığı bildirilir. Məlumata görə, Perez futbolçulara “Çoxunuz məsuliyyətlərinizi yerinə yetirə bilmədiniz!” deyərək ümumi performansdan narazılığını açıq şəkildə ifadə edib.

O, həmçinin vurğulayıb ki, “Real Madriddə kuboksuz mövsüm uğursuzluq sayılır. Ardıcıl iki mövsüm kubok qazanmamaq tamamilə qəbuledilməzdir”.

Prezident çıxışının davamında futbolçuları daha məsuliyyətli olmağa çağırıb və mövsümün qalan hissəsində heç olmasa liqanı layiqli şəkildə başa vurmağı tələb edib.

Qeyd edək ki, matçda parlaq çıxışı ilə seçilən Arda Gülərin iki qolu komandanın məğlubiyyətinin qarşısını almağa kifayət etməyib. Hadisə sonrası klub daxilindəki vəziyyət və gələcək qərarlarla bağlı müzakirələr davam edir.

Medianews.az

Bizə qoşulun