Medianews.az
"Real" gənc ulduzu ilə bağlı
57 baxış

"Real" gənc ulduzu ilə bağlı qərar verdi

"Real" yay transfer pəncərəsi ərəfəsində Endrik ilə bağlı qəti qərar qəbul edib.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, hücumçu komandada saxlanılacaq və onun üçün gələn heç bir təklif nəzərdən keçirilməyəcək. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, Madrid klubu 19 yaşlı futbolçuya komandadakı rolunun vacibliyini izah edərək mümkün ayrılıqla bağlı bütün şübhələrə son qoyub. Endrikin nümayəndələri mövsümün sonunda oyun vaxtı və digər klubların marağından asılı olaraq gələcəyini yenidən dəyərləndirməyi planlaşdırırdı, lakin artıq bu variant gündəmdən çıxıb.

Məlumatda qeyd olunur ki, o, növbəti mövsümdən əsas komandanın bir hissəsi kimi tam inteqrasiya olunacaq və artıq transfer müzakirələri üçün açıq deyil.

Brazliyalı hücumçu yanvar ayında “Lion”a icarəyə göndərilib və bu müddətdə 16 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun