Medianews.az
“Qurban Qurbanov haqqında kitab yazmaq olar” -
113 baxış

“Qurban Qurbanov haqqında kitab yazmaq olar” - Yankoviç

“Müqaviləm 2027-ci ilə qədərdir. “Qarabağ”da tarix yazmışam. Əgər bir gün ayrılmalı olsam, bunu qalib kimi, hörmətlə etmək istəyirəm. Mən ən yaxşı oyunlarımı və ən yaxşı futbolumu məhz “Qarabağ”da göstərmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “mozzartsport.com” saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib. 

O, baş məşqçi Qurban Qurbanov haqqında da danışıb: “Onun haqqında kitab yazmaq olar. Ambisiyası, iradəsi, səbir və əzmi inanılmazdır. Daim inkişaf etmək istəyir və bunu futbolçulara da ötürür. “Qarabağ” hər futbolçu üçün uyğun klub deyil. Biz əsl orduyuq. Kim tələblərə dözürsə, qalır, dözmürsə, gedir. O, təkcə futbolçu deyil, Azərbaycanın dünyadakı ən yaxşı təbliğatçılarından biridir”.

Marko Çempionlar Liqasının qalan matçlarında yaxşı nəticəyə ümid edir. O, “Ayntraxt”la ev, “Liverpul”la səfər görüşlərində uğur qazanmağa çalışacaqlarını deyib: “Məqsədimiz 10 xalla mərhələni keçməkdir. “Ayntraxt”la evdə oynayırıq və ümid edirik ki, daha yaxşı nəticə əldə edəcəyik. “Liverpul”a qarşı da hər oyunda olduğu kimi, sona qədər mübarizə aparacağıq”.

Bizə qoşulun