Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Ukraynaya ölkənin hərbi kontingentinin göndərilməsi haqqında qərar parlamentdə səsverməyə çıxarılacaq.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, o, bu barədə İcmalar Palatasının iclasında bildirib.
K.Starmer deputatlara dünən keçirilən İstəklilər Koalisiyasının görüşü barədə məlumat verib və yaxın zamanda ayrıca bəyanatda təfərrüatlar təqdim edəcəyini vəd edib.
O vurğulayıb ki, Ukrayna ərazisinə qoşunların göndərilməsi halında deputatlar bu məsələ üzrə səsvermə hüququ əldə edəcəklər və belə mühüm qərarın qəbulunda parlamentin iştirakı təmin olunacaq.