Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu Lionel Messi maraqlı açıqlamaları ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, “TikTok” sosial çəbəkəsində çox vaxt keçirdiyini bildirib:
“TikTok”da daha çox zaman keçirirəm. Hər şeyi izləyirəm. Bu şəbəkədə xeyli maraqlı videolara rast gəlir”.
Messi şərab içdiyini bildirib: “Mən şərab içməyi xoşlayıram. Amma şərabı “Sprite” ilə birlikdə içirəm. Çünki o zaman daha tez sərxoş oluram”.